...

Hacıqabulda tükürpədici ölüm

Hadisə Materials 20 Oktyabr 2014 14:07 (UTC +04:00)
Hacıqabulda ər-arvad avtomobildə yanaraq ölüblər.
Hacıqabulda tükürpədici ölüm

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Hacıqabulda ər-arvad avtomobildə yanaraq ölüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də saat 18 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yüksək gərginlikli elektrik xəttinin biri qırılaraq şəhər sakini Ayət Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üstünə düşdüyündən yanğın baş verib.

Nəticədə sürücü A.Abdullayev və sərnişini - arvadı Seyran avtomobildə yanaraq ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti