...

Avtomobil yol ayrıcına çırpılıb, ölən və yaralanan var

Hadisə Materials 27 Fevral 2015 12:19 (UTC +04:00)
Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Avtomobil yol ayrıcına çırpılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 27-də saat 01 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi "Opel" markalı avtomobili yol ayırıcısına vurub.

Onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti