...

Dənizdə batan 2 nəfər xilas edilib

Hadisə Materials 27 İyun 2015 12:40 (UTC +04:00)
Xəzər rayonunda dənizdə batan 2 nəfər xilas edilib.
Dənizdə batan 2 nəfər xilas edilib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Xəzər rayonunda dənizdə batan 2 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunublar.

Əməliyyat saat 10:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti