...

Liftdə köməksiz qalan 5 nəfər xilas edilib

Hadisə Materials 24 İyul 2015 09:35
Binəqədi rayonunda liftdə köməksiz qalan 5 nəfər xilas edilib.
Liftdə köməksiz qalan 5 nəfər xilas edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Binəqədi rayonunda liftdə köməksiz qalan 5 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 03:09-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti