Azərbaycan, Bakı, 28 iyul /Trend/
Gəncə şəhəri Gülüstan qəsəbəsində fəaliyyət göstərən şörək sexi yanıb.
Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 3, Göygöl yanğından mühafizə hissəsinin 1 avtomobili və xeyli sayda canlı qüvvə cəlb edilib.
Vətəndaşa məxsus 450 kvadratmetrlik çörək sexinin 300 kvadratmetri yanaraq yararsız hala düşüb.
Yanğınsöndürən briqadasının müdaxiləsindən sonra tikilinin150 kvadrat metri yanğından mühafizə olunub və alovun yaxınlıqda yerləşən mebel mağazasına keçməsinin qarşısı alınıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.