...

Bakıda "Hyundai", Gəncədə "Mercedes" yandı

Hadisə Materials 11 Oktyabr 2015 11:05 (UTC +04:00)
Bakı və Gəncə şəhərlərində vətəndaşlara məxsus minik avtomobilləri yanıb.
Bakıda "Hyundai", Gəncədə "Mercedes" yandı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bakı və Gəncə şəhərlərində vətəndaşlara məxsus minik avtomobilləri yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

XXX

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış "Mercedes" markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəbər lenti

Xəbər lenti