...

DSX: İki balıq­çı­nın həyatı xilas olunub

Hadisə Materials 17 Dekabr 2015 12:36 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki müşa­hi­­də və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX: İki balıq­çı­nın həyatı xilas olunub

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki müşa­hi­­də və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

DSX-nın Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də, saat 13:00 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıq­çı­nın həyatının təhlükə qarşısında qalması barədə məlu­mat daxil olub.

Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiq­ləş­di­ril­dikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticə­sin­də Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti