...

Azərbaycanda yetkinlik yaşına çatmayanların cinayətləri azalıb

Hadisə Materials 8 Aprel 2016 19:06 (UTC +04:00)
Azərbaycanda yetkinlik yaşına çatmayanların cinayətləri azalıb.
Azərbaycanda yetkinlik yaşına çatmayanların cinayətləri azalıb

Bakı. Trend:

Azərbaycanda yetkinlik yaşına çatmayanların cinayətləri azalıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirliyin geniş kollegiya iclasında deyib.

O, qeyd edib ki, həyata keçirilən bu və digər tədbirlər əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib.

2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti