...

Metroda qatar nasazlıqdan 9 dəqiqə tuneldə qaldı

Hadisə Materials 24 Aprel 2017 21:30 (UTC +04:00)
Bakıda qatar tüneldə qalıb
Metroda qatar nasazlıqdan 9 dəqiqə tuneldə qaldı

Bakı. Samir Əli - Trend:

Bakıda qatar tüneldə qalıb. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə aprelin 24-də saat 20:25-də baş verib. "Dərnəgül-Həzi Aslanov"istiqamətində 27 saylı marşrut üzrə hərəkət edən qatarda "İnşaatçılar"-"Elmlər Akademiyası" stansiyası arasındakı yolda nasazlıq yaranıb. Nəticədə qatar 9 dəqiqə tuneldə qalıb. Nasazlıq dərhal aradan qaldırıldıqdan sonra qatar xətt üzrə hərəkətini davam etdirib.

N. Paşayev bildirib ki, hadisə nəticəsində qatarların ümumi qrafikində gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti