...

Sabunçuda 1 nəfər dənizdə batıb: Axtarış başlayıb

Hadisə Materials 30 İyul 2017 21:31 (UTC +04:00)
Sabunçu rayonunda dənizdə çimərkən batıb
Sabunçuda 1 nəfər dənizdə batıb: Axtarış başlayıb

Bakı. Trend:

Sabunçu rayonunda dənizdə çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti