Bakı. Trend:
Tovuz rayonu, Ağbulaq kəndində 10 ton ot bağlamasının 2 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.