...

FHN Ucardakı yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 25 Dekabr 2017 20:27 (UTC +04:00)
Ucarın Qarabörk kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
FHN Ucardakı yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Ucarın Qarabörk kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti