...

Gürcüstandan pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 27 Dekabr 2017 10:05 (UTC +04:00)
Gürcüstandan ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb.
Gürcüstandan pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Gürcüstandan ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti