...

Məktəbliləri aparan avtobus aşdı - Ölənlər var

Hadisə Materials 5 Yanvar 2018 17:27 (UTC +04:00)
Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub.
Məktəbliləri aparan avtobus aşdı - Ölənlər var

Bakı. Trend:

Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, insident Hindistanın İndor şəhərində baş verib.

Qəza nəticəsində 6-sı şagird olmaqla 7 nəfərin həlak olduğu bildirilib. 10-dan çox adamın isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.

Məlumata görə, avtobus sürücüsü hadisə yeridə dünyasını dəyişib. Avtobusda 30 şagirdin olduğu bildirilib. Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi göstərilib.

Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti