...

İsmayıllıda avtomobi çaya düşüb

Hadisə Materials 20 Mart 2018 23:58 (UTC +04:00)
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllıda avtomobi çaya düşüb

Bakı. Trend:

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində “NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti