...

Hacıqabulda qəza yol təsərrüfatına ziyan vurdu (FOTO)

Hadisə Materials 19 Aprel 2018 10:34 (UTC +04:00)
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda qəza yol təsərrüfatına ziyan vurdu (FOTO)

Bakı. Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxıb və aşıb.

Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti