...

Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 2 İyul 2018 02:14 (UTC +04:00)
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Şəmkirdə süni göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.
Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

Bakı. Trend:

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Şəmkirdə süni göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Trend-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatmışdır. A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti