...

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 10 İyul 2018 15:46 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gələn oğlu Cəlilabad rayon sakini Hətəmov elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilən 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti