...

Dənizdə batan 5 nəfər xilas olunub

Hadisə Materials 15 İyul 2018 11:42 (UTC +04:00)
Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN tərəfindən xilas olunub.
Dənizdə batan 5 nəfər xilas olunub

Bakı. Trend:

Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN tərəfindən xilas olunub.

Trend-in FHN-in saytına istinadən verdiyi xəbərə əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti