Bakı. Trend:
Tanınmış müğənni Mahsun Kırmızıgülün anası 85 yaşlı Faika Arıkın evindən 1.5 milyon lirə dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Trend-in məlumatına görə, qarətçi qısa müddət ərzində evdən oğurladığı qızıl zinət əşyaları ilə saxlanılıb.
Məlumatda qeyd olunur ki, oğurluq edən şəxs F.Arıkın evində xadimə işləyən Türkmənistan vətəndaşı olub.