...

Bakıda 6 yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Hadisə Materials 30 Noyabr 2018 11:16 (UTC +04:00)
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Bakıda 6 yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Bakı. Samir Əli - Trend:

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami və Xətai Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində Nizami rayonu ərazisində 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin mağaza və köşklərin 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və hər biri 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti