...

Bərdə sakinindən narkotik vasitələr, odlu silah və saxta əsginaslar götürülüb

Hadisə Materials 23 Fevral 2019 20:59 (UTC +04:00)
Bərdə şəhər sakinindən narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əsginaslar aşkar edilərək götürülüb.
Bərdə sakinindən narkotik vasitələr, odlu silah və saxta əsginaslar götürülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bərdə şəhər sakinindən narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əsginaslar aşkar edilərək götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini S.Salmanzadənin evinə baxış zamanı 170,49 qram heroin, 11,01 qram tiryək, 19,79 qram marixuana, 63 ədəd çətənə toxumu, 30,86 qram metamfetamin, 8,39 qram metadon, 2,24 qram kalsium-permanqanat, 10 ədəd tramadol həbləri, 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri, 18 ədəd müxtəlif çaplı patron, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti