...

Uşaq yay düşərgəsində kütləvi zəhərlənmə

Hadisə Materials 17 İyul 2019 16:53 (UTC +04:00)

Bakı. Trend:

Krımda uşaq yay düşərgələrinin birində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, "Luçıstıy" düşərgəsində istirahət edən 45 uşaq və 4 əməkdaş zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Uşaqların düşərgəyə Tatarıstandan gəldiyi bildirilir.

Düşərgənin direktoru Renat Kayumov faktı təsdiqləyərək, hazırda xəstəxanaya yerləşdirilənlərin həyatı üçün heç bir təhlükə olmadığını bildirb.

Düşərgədə laborator təhlilər üçün araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti