...

Qaradağda yol polisləri vətəndaşın həyatını belə xilas etdi (VİDEO)

Hadisə Materials 30 İyul 2019 18:07 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində yol polisləri gün vuran vətəndaşın həyatını xilas ediblər.
Qaradağda yol polisləri vətəndaşın həyatını belə xilas etdi (VİDEO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakının Qaradağ rayonu ərazisində yol polisləri gün vuran vətəndaşın həyatını xilas ediblər.

Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yolu keçmək istəyən zaman yaşlı kişinin halı pişləşib və o, magistral yolun ortasında yıxılıb.

Bu zaman mülki avtomobildən düşən bir şəxs ona yaxınlaşır, kömək etmək istəyir. Dərhal hadisə yerinə 99 YP 258 dövlət nömrə nişanlı YPX avtomobildə xidmət aparan Qaradağ rayon DYPŞ-nin əməkdaşları gəlirlər.

YPX əməkdaşları halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti