...

Qax meşəsində yanğın məhdudlaşdırılıb (YENİLƏNİB)

Hadisə Materials 27 Avqust 2019 18:10 (UTC +04:00)
Qaxda meşədə yanğın başlayıb.
Qax meşəsində yanğın məhdudlaşdırılıb (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Qaxda meşədə baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

XXX

17:31

Qaxda meşədə yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti