...

Bərdədə ev partladı - 1 nəfər xəsarət aldı

Hadisə Materials 11 Dekabr 2019 14:42 (UTC +04:00)
Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evdə partlayış hadisəsi baş verib.
Bərdədə ev partladı - 1 nəfər xəsarət aldı

Bakı. Trend:

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evdə partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisəyə səbəb evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobası olub. Yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti