...

Bakıda 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 3 Yanvar 2020 19:28 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan bir mərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti