...

Salyanda ikimərtəbəli ev yanıb

Hadisə Materials 27 Fevral 2020 09:26 (UTC +04:00)
Salyan rayonunda yanğın qeydə alınıb
Salyanda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Salyan rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti