...

Bakıda "Wolkswagen" "Ford"la toqquşdu, ölən var

Hadisə Materials 11 Mart 2020 09:35 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda "Wolkswagen" "Ford"la toqquşdu, ölən var

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Balaxanı-Novxanı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Abbaslı Rauf Yaşasif oğlu idarə etdiyi "Wolkswagen Jetta" markalı 50 CF 411 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən 1984-cü il təvəllüdlü Səlimov Sübhan Vəliməmməd oğlunun idarə etdiyi 99 ND 795 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Wolkswagen Jetta" markalı avtomobilin sürücüsü R.Abbaslı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti