...

FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 7 Avqust 2020 18:21 (UTC +04:00)
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə bildiriblər ki, hadisə nəticəsində zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıq, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti