...

Bakıda özünü dənizə atan şəxs xilas edildi

Hadisə Materials 15 Avqust 2020 15:11 (UTC +04:00)
Bakıda özünü dənizə atan şəxs xilas edildi

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti