...

İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 20 Aprel 2021 15:34 (UTC +04:00)
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparılıb və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti