Bakı. Trend:
Yevlax rayonunun Yuxarı Qarxun kəndində "Mercedes" markalı sərnişin avtobusunun mühərriki və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.