...

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 4 Oktyabr 2021 10:41 (UTC +04:00)
Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. Trend:

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində Ağdaş rayonu Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub.

Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti