...

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Hadisə Materials 3 Yanvar 2022 18:32 (UTC +04:00)
Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlax. Trend:

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Trend-in Qarabağ üzrə bölgə muxbirinin məlumatına görə, hadisə Yevlax şəhərində qeydə alınıb. Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti