...

Bərdədə küçə itlərini kütləvi şəkildə güllələdilər

Hadisə Materials 18 May 2022 16:22 (UTC +04:00)
Bərdədə küçə itlərini kütləvi şəkildə güllələdilər

Bakı. Trend:

Sosial şəbəkələrdə Bərdədə küçə itlərinin kütləvi öldürüldüyü görüntülər yayılıb.

Sakinlər iddia edir ki, itləri güllələyiblər, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Trend-ə bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti