...

Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə Materials 18 İyul 2022 09:33 (UTC +04:00)
Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. Trend:

İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “GAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Bölməsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxol halda avtomobil qaçırması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti