...

Yevlaxda həkimi qətlə yetirən şəxslər saxlanıldı

Hadisə Materials 12 Yanvar 2023 00:21 (UTC +04:00)
Yevlaxda həkimi qətlə yetirən şəxslər saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti