...

Ağsuda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)

Hadisə Materials 29 Sentyabr 2024 12:41 (UTC +04:00)
Ağsuda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.

Keçirilən digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluq edən paytaxt sakini Səbuhi Zülfüqarov da saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti