...

Bakıda silsilə oğurluq edənlər ələ keçdi

Hadisə Materials 24 Mart 2025 16:01 (UTC +04:00)
Bakıda silsilə oğurluq edənlər ələ keçdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xətai rayonu ərazisində 3 avtomobildən 1 600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti