...

Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu

Maraqlı Materials 17 Fevral 2014 19:37 (UTC +04:00)
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın qəzetin baş redaktoru olacaq.
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın qəzetin baş redaktoru olacaq.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Süməyya Cəbərti ingilisdilli "Saudi Gazette" nəşrinə baş redaktor təyin edilib.

O, bu postda əvvəlki müdiri Xalid Əlməinini əvəz edəcək. S.Cəbərti uzun müddət onun müavini olub.

X.Əlməini keçmiş müavininin yeni vəzifəyə təyin edilməsini "aynalı tavanda çat" kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti