...

Siçanları ev heyvanı kimi saxlamaq olmaz!

Maraqlı Materials 21 Yanvar 2015 17:58 (UTC +04:00)
Vilayətin 29 kvadrat kilometr sahəsi siçanların "nəzarəti altındadır".
Siçanları ev heyvanı kimi saxlamaq olmaz!

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

Kanadada siçanların ev heyvanı kimi saxlanılmasına qadağa qoyulub.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb ölkənin Alberta vilayətində siçanların həddən artıq çoxalması olub.

4,5 milyonluq əhalisi olan vilayətdə gəmiricilərlə mübarizə aparmaq məqsədilə "qaynar xətt" yaradılıb.

Siçanların çoxalması bəzi yoluxucu xəstəliklərin artmasına, əkin sahələrinin xeyli ziyan görməsinə səbəb olub. Vilayətin 29 kvadrat kilometr sahəsi siçanların "nəzarəti altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti