...

Alimlərin yeni qənaəti: Aqressiya sayəsində beyində daha çox neyronlar ölə bilər

Maraqlı Materials 26 May 2015 01:11 (UTC +04:00)
Alimlərin araşdırmalarının nəticələrinə görə, aqressiv davranış beyində neyronların həddindən artıq məhv olmasına da gətirib çıxara bilər.
Alimlərin yeni qənaəti: Aqressiya sayəsində beyində daha çox neyronlar ölə bilər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlhamə İsabalayeva/

Alimlərin araşdırmalarının nəticələrinə görə, aqressiv davranış beyində neyronların həddindən artıq məhv olmasına da gətirib çıxara bilər.

Trend xarici mətbuata istinadən məlumat verir ki, heyvanların və insanların beyninin formalaşmasının erkən mərhələlərində artıq miqdarda neyronlar yaranır. Doğuluşdan dərhal sonra onlar məhv olmağa başlayırlar. Qalan neyronlar isə beyin strukturunu formalaşdırır. Bu prosesin pozulması - neyronların həddən artıq və ya lazım olandan da az məhv olması psixi və nevroloji xəstəliklərin inkişafına, Parkinson kimi xəstəliklərin, o cümlədən depressiyanın yaranmasına səbəb ola bilər.

Neyronların yaranması və onların məhv olmasında xüsusi zülallar - neyrotrofik amillər iştirak edir. Bu zülallar beyində neyronlar arasında əlaqənin yaradılmasını təmin edən mühüm faktordur.

Yüksək aqressiv davranış nevroloji pozuntu hesab edilir. Alimlər hesab edirlər ki, nə vaxtsa həddindən çox olan aqressiyanın da depressiya kimi müalicə olunması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti