...

Mədəniyyət xadimləri Ermənistan və Azərbaycan xalqları arasındakı ab-havanı dəyişmək üçün əllərindən gələni etməlidirlər – Mixail Şvıdkoy

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2009 12:20 (UTC +04:00)
Mədəniyyət xadimləri Ermənistan və Azərbaycan xalqları arasındakı ab-havanı dəyişmək üçün əllərindən gələni etməlidirlər – Mixail Şvıdkoy

Mədəniyyət xadimləri Ermənistan və Azərbaycan xalqı arasındakı ab-havanı dəyişmək üçün əllərindən gələni etməlidirlər. "Novosti Armeniya"-nın yazdığına görə, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko belə hesab edir.

"Düşünürəm ki, bu çox vacibdir və biz bunun üçün burdayıq", - bu sözləri Rusiyada Azərbaycan və Ermənistan səfirlərinin - Polad Bülbüloğlu və Armen Smbatyanın görüşündə iştirakından, cümə günü Yerevanda Ermənistan Prezident Serj Sarkisyanla keçirdiyi görüşdən sonra Şvıdko jurnalistlərə deyib.  

İçərisində Azərbaycan Parlamentinin nümayəndələrindən ibarət heyətin də olduğu diplomatlar Yerevana xalq diplomatiyasını həyata keçirmək üçün Xankəndindən gedib. Nümayəndə heyəti Yerevandan Bakıya gələcək.

Şvıdko izah edib ki, üç keçmiş mədəniyyət naziri indi ona görə üç səfirdir ki, hər iki xalqın, sadə insanların Azərbaycan və Ermənistan arasında nə baş verdiyini anlamasına kömək etsin.

"Biz qətiyyən prezidentlərin apardığı siyası və hərbi danışıqlara müdaxilə etmirik və edə də bilmərik. Bu, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin qaydaya salınmasında çox mühüm və məsuliyyətli aspektdir. Mədəniyyət xadimləri kimi biz bu məsələyə qarışmaq istəmirik", - o deyib. 

Rusiya Prezidentinin nümayəndəsinin sözlərinə görə, son günlərdə aparılan müzakirələrdən sonra bir çox psixoloji problemlərin olduğu aydın olub. 

"Atəşkəsdən sonra yaranan 15 illik qeyri-sülh və qeyri-müharibədən sonra insanlar küçələrdə bir-biri ilə münasibət qurmaqda gərginlik keçirirlər", - o bildirib. 

Şvıdko əlavə edib ki, "Rusiyada azərbaycanlılarla ermənilər sadəcə bir yerdə yaşamırlar, onlar həm də birlikdə biznes qurur və bir-birinə etibar edirlər. Əgər onlar başqa ölkədə bir yerdə yaşaya, işləyə, biznes qura, həyatdan fərəhlənə bilirlərsə, o zaman iki xalq niyə bir yerdə bunu edə bilməsin?".

"Düşünürəm ki, üç Prezidentin imzaladığı "Moskva deklorasiyası" və onların iyuldakı görüşü müəyyən ümidlər verir. Vətəndaş cəmiyyətində nə mümkündürsə, onu da etmək lazımdır", - o qeyd edib.

2008-ci il noyabrın 2-də Moskvaətrafı Mayndorf iqamətgahında keçirilən üçtərəfli görüçün nəticələrinə görə, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ məsələlərinə dair deklorasiya imzalayıblar. Üç hökumət başçısı Qafqazda sağlam şəraitdə birgə işləmək barədə razılığa gəliblər. Eyni zamanda, xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həll olunması yönündə işin davam etdirilməsi tapşırılıb.  

Öz növbəsində, Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri qeyd edib ki, münasibətlərin yaxşılaşdırılması məsələsi mədəni sahəyə keçib. 

"Heç kim qonşuluq məfhumunu istisna etmir. Biz sevə də, sevməyə də, hörmət edə də, etməyə də bilərik. Lakin biz münasibət qurmalıyıq və gələcəyə baxıb nə baş verəcəyini gözləməliyik", - o bildirib.

Bundan əvvəl Smbatyan mədəniyyət xadimlərinin nüfuzlu şəxs olduqları və fəal nümayəndələrin böyük rol oynadıqları barədə fikrini bildirib.  

"Artıq demişik, biz siyasətlə maraqlana bilmərik. Bu, prezidentlərin və xarici işlər nazirlərinin işidir. Lakin əgər biz edə bildiyimizi etməsək, insanlar bunu heç bir vəchlə qəbul etməyəcəklər. Biz mümkün olan hər şeyi etməliyik", - o deyib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun sözlərinə görə, Ermənistan Prezidenti Sarksyanla çox konstruktiv söhbət baş tutub.

"Ermənistan Prezidenti hamıya çox diqqətlə qulaq asırdı. O, vətəndaş cəmiyyətinə dair təşəbbüslərə böyük diqqət və anlayışla yanaşırdı", - deyən azərbaycanlı səfir bu görüş imkanını yaradan hər iki respublikanın prezidentlərinə minnətdarlığını bildirib.


Xəbər lenti

Xəbər lenti