...

Erməni vandalizminin üstünü açmağa "Sözün bitdiyi zaman" adlı sənədli film nail olub - Azərbaycan Parlamentinin deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2010 16:18 (UTC +04:00)
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması millətimizin bugünü və sabahı üçün vacib məsələlərdəndir. Azərbaycan həqiqətlərini bilməyən hər hansı bir insana, erməni vandalizminin üstünü açmağa, erməni vəhşiliklərini göstərməyə "Sözün bitdiyi zaman" adlı sənədli filmdə nail olunub, Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən filmin təqdimatında deputat Həvva Məmmədova bildirib.
Erməni vandalizminin üstünü açmağa "Sözün bitdiyi zaman" adlı sənədli film nail olub - Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması millətimizin bugünü və sabahı üçün vacib məsələlərdəndir. Azərbaycan həqiqətlərini bilməyən hər hansı bir insana, erməni vandalizminin üstünü açmağa, erməni vəhşiliklərini göstərməyə "Sözün bitdiyi zaman" adlı sənədli filmdə nail olunub, Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən filmin təqdimatında deputat Həvva Məmmədova bildirib.

Trend İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film ingilis və rus dillərində yayımlanacaq. Filmin ideya müəllifi və layihənin korrdinatoru Emil Hüseynli, qurluşçu rejissoru Nazim Şərbətovdur.

"Gələcəkdə də faciələrimizin işıqlandırılmasında çox böyük töhvə verə bilərsiz. Azərbaycanın ərazilərinin işğal edilməsi və ermənilər tərəfindən yandırılması məsələlərini bəzən unuduruq. Ermənilər Azərbaycanın yer ərazilərinin adlarını dəyişdirməklə öz adlarına çıxırlar. Biz bütün faciələrdən danışarkən adamları, yerləri öz adları ilə səsləndirməliyik ki, gələcəkdə erməniləşdirilə bilər" -Məmmədova əlavə edib.

Deputat hesab edir ki, Azərbaycanın yaratdığı əsərlər dünya ictimaiyyətinə hamının başa düşə biləcəyi tərzdə ünvanlanmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti