...

Azərbaycanlı deputat AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2011 19:39 (UTC +04:00)
Azərbaycanlı deputat AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb.
Azərbaycanlı deputat AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb

Fransa, Strasburq, 13 aprel /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanlı deputat AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb. Trend-in məlumatlarına görə AŞ PA-nın yaz plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqə bu məsələ ilə bağlı sual ünvanlayıb.

"AŞ məkanında ən böyük insan haqları pozuntularından biri - 15 ildən artıqdır öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan haqlarının bərpası istiqamətində insan haqları komissarı kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların haqları Ermənistan tərəfindən kobud şəkildə pozulmaqda davam edir. Eyni zamanda, mən sizin diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. Bu ilin mart ayının 8-də Ermənsitan Silahlı Qüvvələri Ağdam rayonunun 9 yaşlı sakini, kiçik bir uşağı - Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetiriblər. Tək övladını itirmiş ana Sizdən bir insan haqları komissarı kimi bu cinayəti törədənlərin cəzasını alması istiqamətində dəstək göstərməyinizi gözləyir", - Paşayeva soruşub.

Tomas Hammarberq cavabında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə fəal məşqul olmağa imkan verəcək.

"Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, hamımız razılaşarıq kı, bu problemin yeganə həlli siyasi və dinc yolla həlldir. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümid edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə məşğul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox böyük fəaliyyət göstərirlər. Amma münaqişənin sülh yollu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti də ilk növbədə tərəflərin öz siyasi iradəsindən asılıdır", - Hammarberq deyib .

Xəbər lenti

Xəbər lenti