Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir E.Tariverdiyeva /
ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və möhkəm sülhə nail olunmasında tərəflərə yardım göstərilməsinə tam sadiqdir. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi çərşənbə günü, martın 14-də keçirilən brifinqdə bəyan edib. Trend-in məlumatına görə, bu barədə Departamentin saytında məlumat verilir.
"Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa, eləcə də hər hansı təxribatçı hərəkətlərdən və ya ritorikadan imtina etməyə çağırırıq", - Dövlət Departamentinin nümayəndəsi deyib.