...

Politoloq: ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimlədiklərini müəyyənləşdirməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2015 15:08 (UTC +04:00)
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimlədiklərini müəyyənləşdirməlidirlər. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə başlanmasını hələ bu günə qədər müəyyənləşdirə bilməyib.
Politoloq: ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimlədiklərini müəyyənləşdirməlidirlər

Bakı. Trend:

ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimlədiklərini müəyyənləşdirməlidirlər. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə başlanmasını hələ bu günə qədər müəyyənləşdirə bilməyib. Eləcə də, üç həmsədr ölkələrin təmsilçiləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimləmək istədiklərini müəyyənləşdirə bilməyiblər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin kimin və nəyin üçün tənzimlənməsi sualına üç müstəvidə tapmaq mümkündür:

I. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan üçün tənzimlənir; Əgər belədirsə, o halda vasitəçilər Ermənistan və Azərbaycan arasındakı münasibətlərin digər komponentləri danışıqlar predmetinə qoşulmalıdır. İki belə komponent var. Birinci komponent Azərbaycandan gedən ermənilərin və Ermənistandan qovulmuş azərbaycanlıların məsələsidir. Yenilənmiş Madrid prinsiplərində 5-ci maddə buna əsas yaratsa da, həmsədrlər bu günə qədər bu məsələyə qətiyyən diqqət ayırmayıblar. İkinci komponent iqtisadiyyat və kommunikasiya mövzularını əhatə edir. Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlıq etməyə, Ermənistana sərmayə qoymağa, Ermənistanı beynəlxalq layihələrə qoşmağa hazır olduğunu dəfələrlə bəyan edib. ATƏT MQ həmsədrləri yüz il bundan əvvəlki uydurma erməni soyqırımına Dağlıq Qarabağ tənzimlənməsi kontekstindən münasibət bildirdikləri halda, Azərbaycanın iqtisadi mövzulu təkliflərini görməməzliyə vurublar.

II. Dağlıq Qarabağ münaqişəsi bütövlükdə region üçün tənzimlənir;
Bu halda həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda Türkiyə, İran və Gürcüstanla mütəmadi danışıqlar aparmalıdır. Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət gərginləşəcəyi halda Türkiyə ATƏT MQ-nin və NATO-nun üzvü olacağını unudacaq. İran ən proqnozlaşdırılmayan addımlar ata bilər. İranın addımlarının Ermənistanın lehinə olması istisnadır. Gürcüstan Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin gərginləşəcəyi təqdirdə münaqişə tərəflərindən heç də az zərər çəkməyəcəkdir.

III. Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağ əhalisi üçün tənzimlənir.
Bu halda Dağlıq Qarabağın azərbaycanlılarının və ermənilərinin rolu həlledici olmalıdır. Hər birisi ayrı-ayrılıqda münaqişənin başlanması və gedişi barədə müxtəlif fikirlər səsləndirə bilərlər. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinn başlanması və gedişatı barədə həqiqəti Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin polemikasından öyrənə bilər. Dağlıq Qarabağın azərbaycanlılarının və ermənilərinin dialoqunun qurulması Dağlıq Qarabağın statusunun müəyyən olunmasında alternativsizdir. Həm də dinc metoddur. İndi başlanan dialoq hər iki icmanın birgəyaşayışını formalaşdıra bilər. Bu da gələcək də ağır tutumlu siyasi məsələlərin həllinə imkan verə bilər. ATƏT MQ həmsədrləri bu vaxta qədər bu istiqamətdə heç bir fəaliyyət göstərməyiblər.
ATƏT MQ-nin belə davranışı savadsızlığın və ya qərəzin nəticəsi olmasını vasitəçilər özləri müəyyənləşdirməlidirlər. Onların indiki davranışı işğalçı müharibəyə haqq qazandırmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti