...

BƏƏ-nin Federal Milli Şurasının sədri ilə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2016 04:33 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.
BƏƏ-nin Federal Milli Şurasının sədri ilə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.

Trend-in məlumatına görə, görüş zamanı Q.Paşayeva Azərbaycanla BƏƏ arasında arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnuniyyət yaratdığını deyib.

Millət vəkili BƏƏ-nin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisiyə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Deputat qeyd edib ki, BƏƏ-də Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və dəstəklənməsinə hər zaman böyük ehtiyac var.

Millət vəkili Q.Paşayeva BƏƏ-nin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisini Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən BƏƏ-nin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə sonra bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti