...

Elzas bölgəsində nəşr edilən "POST" qəzetində Xocalı soyqırımı barədə məqalə çıxıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2007 15:15 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransanın Elzas bölgəsində aylıq nəşr edilən "POST" qəzetinin mart sayında Strasburqda Xocalı soyqırımı ilə bağlı keçirilən mitinq barədə məqalə dərc olunub.

Məqalədə Xocalı soyqırımı haqqında tarixi ardıcıllıqla geniş məlumat verilib. Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi"nin prezidenti Mustafa Alıncanın da fikirlərinə yer verən məqalədə bu qətliam pislənilib və bu cür hadisələrin heç vaxt unudulmayacağı qeyd olunub.

Qeyd etmək lazımdir ki, aylıq olaraq nəşr olunan "POST" qəzeti Almaniya, Avstriya, Hollandiya, Belçika və s. Avropa ölkələrində də aylıq olaraq dərc olunur və bütün Avropadaki tirajı 550 min nüsxədir.

Xəbər lenti

Xəbər lenti